Türkiyə Trampdan gözləntisini açıqladı

06.03.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

"Biz Trampın Amerika qoşunlarını Suriyadan çıxarmasını gözləyirik".

"Unikal" xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Biz İŞİD-ə qarşı mübarizə üçün ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyaya alternativ olaraq regional dövlətlərlə koalisiya yaradacağıq. ABŞ, Fransa və İngiltərənin bir terror təşkilatını digərinə qarşı dəstəkləməsi səhv idi. Türkiyə əsgərləri Suriyanın şimalında PKK/YPG-nin İŞİD üzvlərini saxladığı düşərgə və həbsxanalara nəzarəti ələ keçirə bilər”, - deyə o bildirib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью