Türkiyə TŞ: Suriyada baş verən son hadisələr Dəməşq hakimiyyətinin müxalifətə güzəştə getməsinin zəruriliyini göstərdi

05.12.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

Suriyada baş verən son hadisələr Dəməşq hakimiyyətinin xalq və müxalifətə güzəştə getməsini bir daha göstərdi.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bubarədə Türkiyə Milli Təhlükəsizlik Şurasının baş tutan iclasının nəticələrinə dair yayılan bəyanatda deyilir.

Qeyd olunub ki, Türkiyə Suriyanın ərazi bütövlüyü və birliyinin qorunub saxlanmasına hər zaman güclü dəstək verib və irəlidəki zamanda lazım olan səylər göstərməyə də hazırdır:

“Qeyri-sabitlik mühitindən istifadə etməyə çalışan terror təşkilatlarına imkan verilməyəcəyi, milli təhlükəsizliyimizə və xalqımıza qarşı hər bir təhlükənin aradan qaldırılacağı vurğulanıb”, - bəyanatda deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью