Türkiyə turizm reytinqində dünyanın ilk dörd ölkəsi siyahısına daxil oldu

23.06.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 iyun, AZƏRTAC

Türkiyə turizm reytinqində dünyanın ilk dörd ölkəsi siyahısına daxil olub. 2024-cü ildə qardaş ölkəyə 56,7 milyon xarici turist səfər edib.

AZƏRTAC xəbər verir ki, bu barədə respublikanın mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.

“BMT-nin Dünya Turizm Təşkilatının 2025-ci ilin may ayı üçün dərc etdiyi Dünya Turizm Barometrinə görə, Türkiyə 2024-cü ildə 56,7 milyon xarici turist qəbul edərək dünyanın ən böyük turizm məkanına çevrilib”, - deyə nazir “X” sosial media şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə əvvəlki il ilə müqayisədə bir pillə irəliləyərək 5-ci yerdən 4-cü yerə yüksəlməklə bu sahədə davamlı artım nümayiş etdirib.

“Bu böyük uğur tarixi irsimizin və mədəni sərvətimizin, güclü infrastrukturumuzun və dörd mövsümü əhatə edən turizm müxtəlifliyinin səmərəli təbliğinin nəticəsidir”, - deyə nazir qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью