Türkiyə üç dənizdə 20 min hərbçinin iştirakı ilə təlimlər keçirdi (VİDEO)

20.01.2025

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə "Mavi Vatan-2025" adlı hərbi təlimlər 20 min hərbi personalın iştirakı ilə keçirilib.  

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin "X" (Twitter) hesabında məlumat https://x.com/tcsavunma/status/1880943765390516692 yayılıb.  

Müdafiə qurumunun məlumatına görə, təlimlər 7-16 yanvar tarixlərində Qara dəniz, Egey dənizi və Aralıq dənizində keçirilib.  

Təlimlərdə Hərbi Dəniz Qüvvələrindən əlavə olaraq, ümumilikdə 90 gəmi, 50 təyyarə və Quru və Hava Qüvvələri ilə Sahil Mühafizə Komandanlığının 20 min hərbçisi iştirak edib.  

Qeyd edək ki, dekabrın əvvəlində Estoniyada NATO ölkələrinin bölmələrinin iştirakı ilə iki həftəlik beynəlxalq "Pikne" ("Şimşək") hərbi təlimləri keçirilmişdi.  

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью