Türkiyə üçün fəlakət ssenarisi DÇ macərası bitə bilər

15.06.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

DÇ-2026-da Türkiyə millisi üçün qrupdan çıxmaq şansı ikinci turdan sonra bitə bilər.

Apasport.az xəbər verir ki, bu, D qrupunda mümkün nəticələrdən sonra baş verə bilər.

ABŞ Avstraliyanı məğlub etsə, Türkiyə isə Paraqvaya uduzsa, “ay-ulduzlular” ikinci oyunların sonunda turnirlə vidalaşacaq.

Buna səbəb Dünya Kubokunda xal bərabərliyi zamanı ilk növbədə komandaların öz aralarındakı oyunların nəticəsinin əsas götürülməsidir.

Belə ssenaridə Türkiyə son turda ABŞ-a qalib gəlsə belə, qrupda Avstraliya və ya Paraqvayla mümkün xal bərabərliyində şəxsi oyun nəticələrinə görə geri qalacaq.

Qeyd edək ki, Türkiyə ilk turda Avstraliyaya 0:2 hesabı ilə məğlub olub. Komanda ikinci oyununu Paraqvaya qarşı keçirəcək.

Fil Dişi Sahili 3 xalı son dəqiqədə qazandı – YENİLƏNİB Terim Türkiyə millisinə inamını itirmir: "2008-dəki kimi" DÇ-ya buraxılmayan hakimə təsəlli – FIFA pulunu verəcək Konqo prezidentindən Ramoşa: “Bizə uduzub, Dünya Kubokunu qazanacaqsınız” Naqelsmandan 7:1-lik qələbəyə şərh – “Kurasao da futbol oynaya bilir”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью