Türkiyə üçün qlobal təhlükə sovuşurmu?

13.05.2025

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Neçə illər əvvəl Azərbayvan, Gürcüstan və Ermənistan jurnalistləri Süleyman Dəmirəllə görüşdə idik. Ona sual verildi ki, niyə bu PKK-nın axırına çıxa bilmirsiz? Onun cavabı heç yadımdan çıxmır".

Redaktor.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib. O, çıxışına daha sonra belə davam edib:

"Süleyman Dəmirəl: “PKK-nın ipi əlimizdədir, onu qısa vaxtda və tamamilə məhv edə bilərik. Amma ehtiyatlanırıq ki, Türkiyənin qlobal düşmənləri bizə PKK-dan daha qorxulu bir təhlükə yaratsınlar”.

Bütün hallarda PKK-nın təşkilat kimi ləğvi və silahı yerə qoyması (amma onun uzantıları Suriya və İraqda qalır) tarixi hadisədir. Amma qardaş ölkə xüsusən indiki şəraitdə öz sayıqlığını itirməməlidir".

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью