Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Ukraynadakı münaqişənin sürətli və dinc yolla həllinə nail olmaq üçün səylərini davam etdirəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasından sonra verdiyi bəyanatda bildirib.
Türkiyə liderinin kommunikasiya şöbəsi tərəfindən yayılan sənəddə deyilir:
"MTŞ-nin iclasında Türkiyənin regional və qlobal riskləri artıran müharibəyə son qoymaq və davamlı sülhü tez bir zamanda təmin etmək səylərini davam etdirəcəyi qeyd edildi".
Qeyd edək ki, Türkiyə dəfələrlə Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar üçün platforma təmin etməyə hazır olduqlarını bildirib və liderlərin Ukrayna ilə bağlı görüşünə ümid etdiklərini bildirib. Rusiya və Ukrayna nümayəndələri arasında 2025-ci ildə İstanbulda üç raund danışıqlar keçirilib.
Süleyman