Türkiyə Ukrayna Rusiya arasında sülhə ev sahibliyi edə bilər Ərdoğan AÇIQLADI | Icma.az
Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Mən Zelenskiyə Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi ifadə etdim və danışıqların davamlı sülh gətirəcəyinə ümid etdiyimizi vurğuladım”.
Tribunainfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.
“Rusiya-Ukrayna münaqişəsi böyük dağıntılara yol açıb və tezliklə başa çatmalıdır.
Türkiyə, qarşıdakı mərhələdə Rusiya, Ukrayna və ABŞ arasında aparılması gözlənilən danışıqlara ev sahibliyi etməyə hazırdır”, – Ərdoğan bildirib.
O qeyd edib ki, Zelenskinin səfəri müharibənin dinamikasında əhəmiyyətli dəyişikliklərin baş verə biləcəyi bir dövrə təsadüf edir: “Müharibədə qalib gəlmək, sülhü əldən vermək demək deyil.
Biz tərəflər arasında sülhə nail olmaq üçün mühüm addımlar atmışıq.
2022-ci ilin martında İstanbulda iki ölkənin nümayəndələrinin birbaşa görüşməsinə şərait yaratdıq.
Tam oxu
Xəbəri oxu