Türkiyə Ukrayna üçün mühüm təhlükəsizlik qarantisidir ZELENSKİ

24.02.2025

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransında ABŞ və NATO ilə bağlı açıqlamalar verib. Sülh üçün lazım gələrsə, vəzifəsini tərk edə biləcəyini deyən Zelenski Türkiyəni Ukrayna üçün vacib təhlükəsizlik təminatçısı kimi gördüyünü də qeyd edib.

Redaktor.az bu barədə "TRT Haber"-ə istinadla  xəbər verir.

Zelenski bəyan edib ki, Ukraynada sülhü təmin etmək üçün prezident postundan istefa verməyə hazırdır və belə bir fürsət olarsa, “NATO-ya üzvlük” müqabilində istefa verəcək.

Zelenskinin sözlərinə görə, ABŞ, Rusiya və Avropa ölkələri Ukrayna ilə birlikdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqlarında iştirak etməlidir.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью