Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazıdır Hakan Fidan

10.05.2025

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə yetirməyə hazırdır”.

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ukrayna Könüllülər Koalisiyasının iclasının iştirakçılarına onlayn müraciətində bildirib.

Fidan Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini, qeyd-şərtsiz atəşkəsin təmin olunmasına dəstəyini və bu istiqamətdə göstərilən səyləri bəyan edib:

“Atəşkəs təmin olunarsa, Türkiyə ona əməl olunmasına nəzarət etmək üçün üzərinə düşən missiyanı yerinə yetirməyə hazırdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью