Türkiyə Ukraynada münaqişə tərəfləri arasında sülh danışıqları təşkil etməyə hazırdır

26.02.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Ukraynadakı münaqişənin həllində, o cümlədən Rusiya ilə Ukrayna arasında danışıqların aparılmasında iştirak etməyə hazır olduğunu təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, o, bunu Ankarada Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə keçirdiyi mətbuat konfransında deyib.

“Biz həmişə sülhə nail olmaq üçün hər iki tərəfin iştirak etdiyi nizamlanma prinsiplərini dəstəkləmişik. Bizim baxışımız dəyişməyib. Türkiyə tərəflər arasında danışıqların aparılması da daxil olmaqla, sülh səylərinə hər cür dəstəyi verməyə hazırdır. Ukrayna ilə bağlı müxtəlif ölkələr arasında təmasların hazırkı mərhələsində atəşkəsin zəruriliyi ilə bağlı hamının razılaşdığı aydındır. Təbii ki, burada bunun münaqişə tərəflərinin qəbul edilməsi vacibdir. Türkiyənin nizamlanmaya, atəşkəs rejiminin həyata keçirilməsinə və qorunub saxlanmasına hansı kömək edə biləcəyi məsələsi üzərində işləməyə davam edirik”, - deyə Fidan qeyd edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью