Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ı Rusiya ilə danışıqlar masasına oturmasından dolayı qınayan Avropa, əslində bunun qarşısını almaq üçün və yaxud da proseslərə təsir etmək üçün heç bir siyasi hüquqdan istifadə edilmədi və bu istiqamətdə heç bir addım da atılmadı.Rusiya ABŞ-la eyni masaya oturar-oturmaz, Türkiyə prezidenti Ərdoğan, Ukrayna prezidenti Zelinskini və Ukraynanın digər hökumət üzvlərini Ankarada qəbul etdi və Ukraynanın ərazi bütövlüyünü bir daha uca səslə bəyan etdi. Ardınca Türkiyə prezidenti Ərdoğan, eyni zamanda ABŞ-Rusiya danışıqlarına ev sahibliyi etmək iradəsini də mesaj olaraq göndərməsi,deməyə əsas verir ki deyək, Türkiyə, Rusiya -Ukrayna münaqişəsinin həlli prosesində kənarda qalmaq kimi düşüncəsinin olmadığını bir daha hər iki tərəfə xatırlatdı.Bunun ardınca Rusiya xarici işlər naziri Lavrovun Türkiyəyə səfəri həyata keçirilir və növbəti Əl-Riyadda nəzərdə tutulan ABŞ-Rusiya görüşündən Rusiya tərəfi imtina etməyə hazırlaşır. Baş verənlər heç də təsadüfi deyil. Rusiya proseslərə Türkiyənin də qoşulmasına çalışır. Türkiyə artıq Ukraynanın da bu istiqamətdə razılığını alıb, desək yanılmarıq.
Çingiz Şahbazi