Türkiyə Ukraynaya qoşun yeridə bilər

27.11.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Türkiyə bölgədə “təhlükəsizlik və sabitliyi” təmin etmək üçün atəşkəs elan edildikdən sonra Ukraynaya qoşun göndərəcəyini istisna etmir.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

"İlk növbədə Rusiya və Ukrayna arasında atəşkəs rejimi yaradılmalıdır. Bundan sonra dəqiq müəyyən edilmiş mandat və hər bir ölkənin iştirak səviyyəsi ilə missiyanın çərçivəsi müəyyən edilməlidir. Türkiyə Silahlı Qüvvələri regionumuzda təhlükəsizlik və sabitliyi təmin edəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırdır", - nazirliyin bəyanatında deyilir.

Bu fonda “Politico” qəzeti yazıb ki, Britaniya Avropanın “istəklilər koalisiyası” adlandırılan qoşunların Ukraynaya mümkün yerləşdirilməsinə “çox yaxşı hazırdır”. 

Gülayə Mecid 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью