Türkiyə: Ukraynaya qüvvələr göndərmək məsələsi atəşkəsdən sonra həll edilməlidir

27.11.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ölkəyə qoşun yeritmək barədə qərar qəbul edilməzdən əvvəl Ukraynada atəşkəs təmin edilməlidir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

"Sülh, təhlükəsizlik və sabitlik zərurətindən danışarkən ilk ağla gələnin Türkiyə Silahlı Qüvvələri olması Türkiyə ordusunun effektivliyinin, çəkindirmə qabiliyyətinin və nüfuzunun mühüm göstəricisidir. İlk növbədə, Rusiya ilə Ukrayna arasında atəşkəs rejimi yaradılmalıdır. Bundan sonra missiya çərçivəsini müəyyən etmək lazımdır ki, hər bir ölkənin dəqiq təsviri ilə onun prosesin həyata keçirilməsinə necə töhfə verəcəyini dəqiqləşdirmək olsun", - məlumatda qeyd edilib.

Əlavə edilib ki, Türkiyə Silahlı Qüvvələri regionda təhlükəsizliyi və sabitliyi təmin edəcək istənilən təşəbbüsə töhfə verməyə hazırdır. 

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью