Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ankara Sosial Elmlər Universitetinin (ASBÜ) Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Kampusu Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri üçün mühüm qərar qəbul edib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ASBÜ KKTC Rektoru Prof. Dr.
Enver Arpanın sədrliyi ilə 16 yanvar 2026-cı il tarixində keçirilən ASBÜ KKTC Kampusu İdarə Heyətinin iclasında, 2026/01-08 saylı qərara əsasən Qarabağ müharibəsi şəhidlərinin övladları və həyat yoldaşlarına 100 faiz təqaüd verilməsi təsdiqlənib.
Məsələ ilə bağlı açıqlama verən ASBÜ KKTC-nin rektoru Prof. Dr.
Enver Arpa bildirib ki, Azərbaycan Qarabağda mütləq qələbə qazanaraq ərazilərini işğaldan azad edib.
Onun sözlərinə görə, bu qələbə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının zəfəridir.
Rektor vurğulayıb ki, ASBÜ KKTC Qarabağ Zəfərini öz zəfəri kimi qəbul edir və bu müqəddəs amal uğrunda canından keçən şəhidlərin əziz xatirəsini daim ehtiramla yad edir.