Türkiyə universitetlərində çalışmaq istəyənlərə pis xəbər

10.06.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin ali təhsil müəssisələrində müqavilə əsasında çalışan xarici vətəndaşların sayı məhdudlaşdırılacaq.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, müqavilə əsasında çalışan xarici vətəndaşların sayının mövcud işçi heyətinin cəmi 2 faizi səviyyəsində olmasına icazə veriləcək.

Bu barədə müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (parlamentin) plenar iclasının gündəliyinə daxil edilib.

Türkiyə Ali Təhsil Şurasının (YÖK) məlumatına görə, 2023–2024-cü tədris ilində ölkə universitetlərində müqavilə əsasında 3 minədək xarici mütəxəssis çalışıb. Onların əksəriyyətini İran, Azərbaycan, ABŞ və Suriya vətəndaşları təşkil edib. Türkiyənin ali məktəblərində çalışan azərbaycanlı mütəxəssislərin sayı 235 nəfər olub. Onlardan 39-u professor, 13-ü isə dosent elmi adını daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью