Türkiyə və ABŞ müdafiə nazirlərinin kritik söhbəti

08.12.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyənin müdafiə naziri Yaşar Gülər və ABŞ-nin müdafiə naziri Lloyd Ostin bazar günü telefon danışığı zamanı Suriyadakı son dramatik hadisələri və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

“Cebheinfo.az” xəbər verir ki, Gülər və Ostinin ikitərəfli və regional müdafiə məsələlərini də müzakirə etdiyi vurğulanır.

Məlumat üçün bildirək ki, bu gün səhər saatlarında Dəməşqin təslim olması ilə bağlı məlumat yayılıb. Suriyanın indiki Prezidenti Bəşər Əsədin harada olduğu bilinmir.

“Heyət Təhrir əş-Şam”ın rəhbərlik etdiyi qrupların hücumu noyabrın sonunda başlayıb.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью