Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
"Anadolu Ajansı" yazır ki, ikimərhələli görüş sabah Belçikanın paytaxtı Brüsseldə baş tutacaq. İlkin mərhələdə Türkiyənin xəzinə və maliyyə naziri Məhməd Şimşək ilə Avropa Komissiyasının iqtisadiyyat üzrə icraçı vitse-prezidenti Valdis Dombrovskis qarşılıqlı makroiqtisadi perspektivlər, rəqabətçilik sahəsində atılacaq addımlar və struktur islahatları ətrafında müzakirələr aparacaqlar.
İkinci mərhələdə isə Türkiyə və Aİ-nin biznes aləminin qabaqcıl nümayəndələri birgə investisiya və ticarət imkanları barədə qiymətləndirmə aparacaqlar.
Məlumat üçün bildirək ki, Türkiyə və Aİ arasında Ali İqtisadi Dialoq 29 noyabr 2015-ci ildə qurulub. 2016, 2017 və 2019-cu illərdə bu dialoq çərçivəsində görüşlər həyata keçiriib.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. İkinci mərhələdə isə Türkiyə və Aİ-nin biznes aləminin qabaqcıl nümayəndələri birgə investisiya və ticarət imkanları barədə qiymətləndirmə aparacaqlar.
Məlumat üçün bildirək ki, Türkiyə və Aİ arasında Ali İqtisadi Dialoq 29 noyabr 2015-ci ildə qurulub. 2016, 2017 və 2019-cu illərdə bu dialoq çərçivəsində görüşlər həyata keçiriib.
Firudin Həmidli
AzVision.az