525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Bir millət, iki dövlət olan Türkiyə və Azərbaycan siyasi, iqtisadi və digər məsələlərdə həqiqətən də bir dövlət kimi hərəkət edirlər”.
525.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Yunus Əmrə İnstitutunun təşkil etdiyi Anadolu səhər yeməyi proqramında çıxışı zamanı deyib.
“Prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin Türk dünyasının gələcəyi ilə bağlı oynadıqları rolu bir daha vurğulamaq istərdim”, - söyləyən səfir, bu mənada ötən il Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə diqqət yetirib.
Diplomat bildirib ki, bu il Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur:
“Bu mənada cari il dil, mədəniyyətimiz baxımından ortaqlığımızı vurğulamaqla, çox qiymətli bir ildir. Bu il başda Bakı olmaqla üzrə Türkoloji Qurultayın 100-ci ildönümü ilə bağlı mühüm tədbirlər, beynəlxalq konfranslar keçiriləcək. Akademik çevrələr, siyasətçilər həmin tədbirlərə qatılacaq. Bununla da ortaq gələcəyimiz üçün çalışma imkanı əldə edəcəyik”.
Pərvanə Sultanova