Icma.az, Axar.az saytına istinadən bildirir.
Türkiyə və Azərbaycan paxlavanın UNESCO-nun Ümumdünya İrs Siyahısına "baklava" və "pakhlava" adları altında daxil edilməsi üçün birgə müraciət təqdim ediblər.
Axar.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
“Bu, Yunanıstanın şirniyyata müəlliflik hüququ tələb etmək cəhdlərinə cavabdır. Müraciətlə bağlı yekun qərar 30 noyabr - 5 dekabr tarixlərində Çinin Syamen şəhərində keçiriləcək UNESCO Hökumətlərarası Komitəsinin iclasında veriləcək.