Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Antalya, 12 noyabr, AZƏRTAC
Antalyada keçirilən COP31 iqlim zirvəsi çərçivəsində Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji İdarəsi arasında “Bərpaolunan enerji sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu” imzalanıb.
AZƏRTAC xəbər verir ki, sosial media hesablarında yeni memorandumu şərh edən Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Çin ilə əməkdaşlığın bərpaolunan enerji sahəsində həcmi artırmaqla yanaşı, həm də texnologiya transferini asanlaşdıracağını deyib.
"Ölkəmizə təxminən 15 milyard dollarlıq sərmayə qoyuluşunu nəzərdə tutan bu razılaşma ilə ümumilikdə 7000 meqavat gücündə Günəş və külək enerjisi stansiyaları, həmçinin yeni enerji saxlama sistemləri və 4000 meqavat elektrik kabel infrastrukturunu qurmağı hədəfləyirik", - deyə paylaşımda bildirilir.
A.Bayraktarın sözlərinə görə, yeni raşılaşma "Türkiyənin “Milli Energiya - 2040” Strategiyasına töhfə verəcək, ölkənin enerji təchizatı təhlükəsizliyini gücləndirəcək və yaşıl transformasiyanı sürətləndirəcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya