Türkiyə və daha 10 ölkə hərəkətə keçdi! NATO nun kosmik təşəbbüsü

17.11.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

NATO-nun çoxmillətli kosmik təşəbbüsü olan STARLIFT layihəsinə start verilib.

Turkustan.az xəbər verir ki, Türkiyə və Cənubi Koreya da daxil olmaqla, 10 müttəfiq ölkənin iştirak etdiyi təşəbbüs hərbi peyklərin kosmosa buraxılmasını daha etibarlı, sürətli və səmərəli etməyi hədəfləyir.

NATO-nun yazılı açıqlamasına əsasən, STARLIFT təşəbbüsü İzmirdə keçirilən NATO EDGE 26 konfransında təqdim olunub. Layihənin maliyyələşdirilməsi ilə bağlı 10 müttəfiq ölkə öhdəlik götürüb.

2024-cü ildən etibarən hazırlanmaqda olan STARLIFT iştirakçı ölkələrdə kommersiya kosmik buraxılış xidmətləri göstərən şirkətlər və kosmodromlarla əməkdaşlıq etməklə kosmosa çıxışı daha etibarlı, çevik və səmərəli hala gətirməyi nəzərdə tutur.

Təşəbbüs çərçivəsində hərbi istifadəçilər üçün kommersiya raketlərinin buraxılış imkanlarından yararlanmağı asanlaşdıran xidmət yaradılacaq. Bu xidmət NATO üzvü ölkələrdə və Cənubi Koreyada yerləşən kosmodromlar şəbəkəsinə əsaslanacaq.

Aytən Yaşar/Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью