Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. “Türkiyə və Ermənistan yaxın vaxtlarda sərhədlərini aça bilər”.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol PaşinyanTbilisidə keçirilən V İpək Yolu Forumunda çıxışı zamanı məlumat verib.
“Türkiyə ilə müsbət dialoq yaxın gələcəkdə sərhədlərin açılacağına ümid verir”, - deyə siyasətçi vurğulayıb.
Paşinyan qeyd edib ki, İrəvan Türkiyə ilə Naxçıvan, eləcə də Türkiyə ilə Azərbaycan arasında dəmir yolu əlaqəsi yaratmağa hazırdır.
O, həmçinin dəmir yolunun təmir və bərpaya ehtiyacı olduğunu və bununla bağlı texniki məsələlərin iki-üç il ərzində həll oluna biləcəyini bildirib.
Daşqın HəsənovMissiya.Az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.