Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidanla Antalya Diplomatiya Forumu 2025 (ADF2025) çərçivəsində görüşəcək.
Missiya.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
O, görüşün aprelin 12-də baş tutacağını bildirib.
Nurlana Əhmədova
Missiya.Az