Türkiyə və Gürcüstandan olan din xadimlərinin Şuşaya səfəri başlayıb

31.05.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şuşa, 31 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə ölkəmizə səfər edən Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa şəhərinə gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, din xadimlərindən ibarət nümayəndə heyəti Şuşa şəhərində tarixi məkanlar, o cümlədən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri və Cıdır düzü ilə tanış olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью