Türkiyə və İran 10 illik müharibəyə hazırlaşır Gizli hesabat | Icma.az
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Türkiyə və İran yaxın dövrdə yeni bir geosiyasi mübarizəyə başlayacaq.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Nəşnl İnterest” (Nİ) nəşri yazıb.
Nəşrin milli təhlükəsizlik üzrə departamentinin redaktoru, ABŞ hökumətinin müxtəlif qurumlarına xarici siyasətlə bağlı tövsiyələr verən Brandon Vayxert Konqresdəki respublikaçılar arasında Türkiyə-İran qarşıdurması ilə bağlı iddiaların müzakirə edildiyini qeyd edib.
İddiaya görə, respublikaçı konqresmenlərin bəziləri Türkiyə və İran arasında yaxın dövrdə İraqda qarşıdurma başlayacağını düşünürlər.
Amerikalı siyasətçilər hesab edirlər ki, Türkiyə İraqda İranın təsir zonasını kəşfiyyat bacarıqları ilə azaldacaq və bu, qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalını yeni toqquşma meydanına çevirə bilər.
ABŞ-da bu mübarizənin qalibinin Türkiyə olacağı proqnozlaşdırılır.
Konqres kulislərindəki müzakirələr Türkyənin Suriya və İraqda İranın əsas geostrateji rəqibinə çevrildiyi yönündədir.
“Türkiyə son günlər Suriya hakimiyyətinin də dəstəyi ilə şimaldakı kürdləri (PYD/YPG terrorçuları-red) sıxışdırmağa çalışır, bu istiqamətdə hərbi əməliyyatları intensivləşdirib.
Tam oxu
Xəbəri oxu