Türkiyə və İran arasında regional təhlükəsizlik və müdafiə məsələləri müzakirə edilib

14.07.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ankara, 14 iyul, AZƏRTAC

İyulun 14-də Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə iranlı həmkarı Əziz Nəsirzadə arasında telefon danışığı baş tutub.

AZƏRTAC Türkiyənin Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, regional təhlükəsizlik və müdafiə məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Müdafiə sahəsində ikitərəfli əlaqələrə xüsusi diqqət ayrılıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью