Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hakan Fidan: “Özgəsinin pəncərəsinə daşa atanın pəncərəsi sınacaq”Türkiyə ilə İran arasında yaranmış gərginlik səngimək bilmir.
İki qonşu dövlət arasında münasibətlər nədən həndəvərindən çıxıb?
Söhbət ondan gedir ki, bir vaxt İranın at oynatdığı Suriya indi total şəkildə Türkiyənin nəzarəti altına keçib.
İran və onun müttəfiqi Rusiya Türkiyə tərəfindən Suriyada küncə sıxışdırılıb.Suriya xalqının böyük əksəriyyəti Türkiyənin tərəfindədir.
Niyə? Çünki Suriyada xalqın 80 faizi sünnidir, cəmi 10 faizi isə ələvidir.
Əvvəllər Suriyada əhalinin 10 faizini təşkil edən xristianların isə böyük bir hissəsi ölkəni tərk edib.
Suriya 50 ilə yaxın ələvi azlıq tərəfindən idarə olunub. Bu isə böyük çoxluğun, yəni sünnilərin basqı altında əziyyət çəkməsinə gətirib çıxa