Türkiyə və İranın XİN başçıları telefonla danışıb

21.07.2025

Icma.az bildirir, Ayna portalına istinadən.

Qəzza və Suriya ilə bağlı müzakirə aparılıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın XİN rəhbəri Abbas Arakçı arasında telefon danışığı olub.

AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər Qəzzada humanitar vəziyyəti və Suriyadakı son hadisələri müzakirə ediblər.

Onlar həmçinin cümə günü İstanbulda baş tutacaq nüvə danışıqları barədə fikir mübadiləsi aparıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью