Türkiyə və İsrail arasında birbaşa danışıqlar sabah Bakıda keçiriləcək

07.05.2025

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

İsrail mediasının məlumatına görə, sabah Azərbaycanda Türkiyə ilə İsrail arasında birbaşa danışıqlar baş tutacaq.

Turkustan.az xəbər verir ki, görüşün dəqiq detalları açıqlanmasa da, diplomatik mənbələr bu təmasları regionda sabitliyin təmin olunması baxımından vacib hesab edir.

Xatırladaq ki, bu ilin aprelində tərəflər arasında görüş keçirilmişdi. Həmin görüş zamanı Suriyada hərbi toqquşmaların qarşısının alınması istiqamətində tədbirlər müzakirə olunmuşdu.

Sülh və təhlükəsizlik gündəliyinin əsas müzakirə mövzusu olacağı gözlənilir. /musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью