Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, İsrailin "Haaretz" nəşri Azərbaycanın həyata keçirdiyi vasitəçilik missiyasının bəzi detallarını açıqlayıb.
"Suriyada yerli güclər bir-birinə qarışdığı bir vaxtda Azərbaycan İsrail-Türkiyə qarşıdurmasının qarşısını almağa çalışır" adlı məqalədə deyilir ki, son iki həftə ərzində İsrail Suriyada həm hərbi əməliyyatlarını, həm də diplomatik səylərini gücləndirərək Dəməşqdəki yeni rejimin himayədarı olan Türkiyə ilə toqquşma təhlükəsinə qədər irəli gedib.
Bu isə Azərbaycana vasitəçilik şansı verib. Məqalənin müəllifi olan Liza Rozovski yazır ki, Azərbaycan tərəfi İsrailə deyir ki,
Əgər Rusiya hərbi bazalarını Suriyada saxlamaq istəyirsə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla anlaşmalıdır.
Qazaxıstanın "24.kz" nəşri Azərbaycan və Qazaxıstan universitetləri tərəfindən əməkdaşlıq haqqında memorandumların imzalandığına dair xəbər yayımlayıb.
Mənbə xəbər verir ki, 40-dan çox memorandumun imzalanmasında 17 Qazaxıstan və eyni sayda Azərbaycan universiteti iştirak edib.
Qeyd olunub ki, sənədlər Azərbaycan və Qazaxıstan arasında ali təhsil sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.