Türkiyə və Qazaxıstan prezidentlərinin telefon danışığı

28.08.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sosial media platformasında yayımlanan açıqlamasında bildirilib.

Xəbəri “Anadolu” yayıb. 

Söhbət zamanı liderlər ikitərəfli münasibətlərin vəziyyətini, eləcə də regional məsələləri müzakirə ediblər.

Türkiyə lideri Qazaxıstan Prezidentini 23 avqustda keçirilən Qurultay seçkiləri münasibətilə təbrik edib. Ərdoğan qeyd edib ki, seçici fəallığının yüksək olması ölkədə həyata keçirilən islahatlara ictimai dəstəyin göstəricisidir.

Türkiyə Prezidenti vurğulayıb ki, Ankara Qazaxıstanla ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini davam etdirəcək.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью