Türkiyə və Rusiya arasında məsləhətləşmələr aparılıb

13.11.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Ankarada Rusiya xarici işlər nazirinin köməkçisi, səfir Aleksandr Pankinlə məsləhətləşmələr aparıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, görüşdə iqtisadi və maliyyə institutlarındakı vəziyyət, xüsusilə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), G20 və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin enerji və əmtəə bazarlarındakı son vəziyyət, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью