Türkiyə və Rusiya XİN başçıları bu gün danışıqlar aparacaqlar

20.02.2025

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Yohannesburqda rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli danışıqlar apara bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, görüş bu gün Yohannesburqda başlayacaq G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutacaq.

“Nazirin bu günə rusiyalı və çinli həmkarları Sergey Lavrov və Van İ ilə də ikitərəfli görüşləri planlaşdırılır”, - mənbə bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью