Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov Cənubi Qafqaza dair müzakirə aparacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Türkiyə xarici işlər naziri Hakan Fidanın mayın 26-27-də Moskvaya səfəri öncəsi yaydığı bəyanatda bildirilib.
Qeyd edilib ki, Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılması, regionun münaqişədən sonra yenidən qurulması məsələlərinin ətraflı araşdırılması planlaşdırılır: “Rusiya və Türkiyə dinc və proqnozlaşdırıla bilən Cənubi Qafqazda maraqlıdır. Buna 3+3 Regional Əməkdaşlıq Platforması çərçivəsində birgə səylərlə nail olmaq olar. Moskva Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayır”.