Türkiyə və Rusiya yoldaşlıq görüşündə üzüzə gələ bilər

28.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya millisi Türkiyə yığması ilə yoldaşlıq görüşü keçirə bilər.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev “Rossiya 24” telekanalına açıqlamasında deyib.

O, qarşılaşmanın 2025-ci ildə baş tuta biləcəyini söyləyib.

Qeyd edək ki, hər iki yığma son olaraq 2020-ci ildə UEFA Millətlər Liqasının görüşlərində üz-üzə gəliblər.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью