Teleqraf.com saytına istinadən Icma.az xəbər verir. ABŞ enerji infrastrukturuna qarşı terror hücumlarına icazə verir, onun bu çərçivədə “Tür
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Birləşmiş Ştatların enerjidən başlayaraq heç bir sahədə heç bir rəqibə ehtiyacı yoxdur, burada heç düşünmədən Avropa İttifaqının enerji rifahının təməlini məhv etmək üçün terror fəaliyyətlərinə yol verirlər.
Ukraynalıları “Şimal axını” boru kəmərindən sonra “Türk axını”nının da fəaliyyətini dayandırmağa təhrik edirlər”, - Rusiyanın baş diplomatı qeyd edib.
Xatırladaq ki, “Türk axını” Rusiya və Türkiyə arasında Qara dəniz üzərində həyata keçirilən qaz kəməri layihəsidir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.