Türkiyə və Səudiyyə Ərəbistanı iki əməkdaşlıq memorandumuna imza atıblar

09.06.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında iki anlaşma memorandumu imzalanıb.

XQ xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ər-Riyad səfəri çərçivəsində müsahibə zamanı açıqlayıb.

"Bölgədə baş verən müharibələrdən sonra alternativ nəqliyyat marşrutlarının yaradılmasının zəruriliyi ilə bağlı ortaq bir anlayışa sahibik", - o bildirib.

Uraloğlunun sözlərinə görə, səfərin məqsədi bu sahədə əlaqaləri gücləndirmək olub:

"Logistika əlaqələrini inkişaf etdirmək məqsədilə bir səfər həyata keçirdik və iki anlaşma memorandumu imzaladıq. Regional miqyasda inkişaf etdirdiyimiz bu əməkdaşlığın digər ölkələr üçün də nümunə təşkil edəcəyinə inanırıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью