Türkiyə və Səudiyyə Ərəbistanını birləşdirəcək dəmir yolu çəkilir

22.04.2026

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyəni İordaniya və Suriya vasitəsilə Səudiyyə Ərəbistanına birləşdirəcək dəmir yolunun tikintisi ilin sonunadək yekunlaşacaq.

Azpost.info Anadolu Agentliyinə istinadən bildirir ki, bu barədə  Səudiyyə Ərəbistanının nəqliyyat naziri Saleh əl-Cəsir açıqlama verib. O, Türkiyəni İordaniya və Suriya vasitəsilə birləşdirəcək dəmir yolu üçün layihə işlərinin getdiyini açıqlayıb. Bu işlərin ilin sonuna qədər yekunlaşmasının gözlənildiyi bildirilib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyə, Suriya və İordaniyanı birləşdirəcək “müasir Hicaz dəmir yolu”nun tikintisinin planlaşdırıldığını açıqlayıb.

 Uraloğlu yolun gələcəkdə Səudiyyə Ərəbistanı və Omana qədər uzadılmasının hədəf olduğunu bildirib.

 Layihə Avropa və Mərkəzi Asiyaya yüklərin Türkiyə vasitəsilə çatdırılmasını hədəfləyir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью