Türkiyə və Şimali Kipr mediası Heydər Əliyev irsi barədə materiallar dərc edir

10.05.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara, 10 may, AZƏRTAC

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) media strukturları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü mövzusunu geniş şəkildə işıqlandırır.

AZƏRTAC xəbər verir ki, görkəmli dövlət xadiminin həyat yoluna və tarixi roluna həsr olunmuş nəşrlər və infoqrafika ilə yanaşı, müasir Azərbaycanın memarının anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirlərdən materiallar hazırlanıb.

Qardaş Türkiyənin media orqanları ölkənin müxtəlif yerlərində, o cümlədən Ankarada, Qarsda, İqdırda, Kütahyada Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər barədə geniş ictimaiyyətə məlumat verib. Materiallarda Ümummilli Liderin Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlığa verdiyi misilsiz töhfələrdən bəhs edilir.

Eyni zamanda, ŞKTC mətbuatı Şimali Kipr universitetlərindən birində Heydər Əliyev irsinə həsr olunmuş konfransın keçirilməsi barədə məlumat yayıb.

İki qardaş ölkənin media strukturlarının sosial şəbəkələrdəki səhifələrində də Azərbaycanın dahi oğluna həsr olunmuş materiallar yerləşdirilir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью