Türkiyə və Ukrayna XİN başçıları arasında telefon danışığı olub

04.01.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb.

APA xəbər verir ki, Ukrayna XİN rəhbəri bu barədə “X” platformasında paylaşım edib.

Telefon danışığı zamanı ikitərəfli gündəlik, döyüş meydanındakı vəziyyəti, Qara dənizdə təhlükəsizliyi, Suriya və Yaxın Şərqdəki vəziyyət müzakirə edilib.

“Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün əlaqələndirilmiş şəkildə çalışmaq barədə razılığa gəldik”, - o paylaşımında qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью