Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır. Türkiyə Vəkillər Kollegiyasının (Türkiye Barolar Birliği - TBB) 38-ci ümumi yığıncağ
Xalqcəbhəsi.az-ın məlumatına görə, bu haqda Türkiyənin “yenicaggazetesi.com.tr” saytı xəbər paylaşıb.
Xəbərdə bildirilir ki, yığıncaqda əvvəlcə şuranın sədri seçiləcək, daha sonra isə əvvəlki dövr hesabatları müzakirə edilərək səsverməyə çıxarılacaq.
Ümumi yığıncağın ikinci günündə isə prezident seçkiləri keçiriləcək, idarəetmə, intizam və müşahidə qaydaları müəyyənləşəcək.
Erinç Sağkanın yenidən namizəd olduğu seçkilərdə Samsun Vəkillər Kollegiyasına qeydiyyatdan keçmiş vəkil Emrah Yavuzcan və Muş Vəkillər Kollegiyasına qeydiyyatdan keçmiş Mehmet Zahit Söylemez də prezidentlik uğrunda mübarizə aparacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.