Türkiyə Venesuelaya axtarış xilasetmə qrupu göndərir

26.06.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyənin axtarış-xilasetmə və humanitar yardım qruplarını daşıyan iki təyyarə bu gün İstanbul Atatürk Hava Limanından Venesuelaya yola düşəcək.

XQ xəbər verir ki, bu barədə Fəlakət və Təcili Yardım İdarəsi (AFAD) məlumat yayıb.

A-400M hərbi nəqliyyat təyyarəsi ilə Venesuelaya İstanbul, İzmir və Dənizlidən 38 nəfərlik AFAD Axtarış-Xilasetmə və humanitar yardım qrupunun, Səhiyyə Nazirliyindən 5 nəfərlik UMKE qrupunun, Türkiyə Qızıl Ayparasından 2 nəfərlik humanitar yardım qrupunun, 2 axtarış iti və 3 təchiz olunmuş axtarış-xilasetmə vasitəsi göndəriləcək.

Milli Müdafiə Nazirliyi həmçinin Humanitar Yardım Briqadasından 22 nəfərlik bir qrupu avadanlıqları ilə birlikdə A-400M hərbi təyyarəsi ilə göndərmək qərarı alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью