Türkiyə vətəndaşı Bakıda şirkət qurdu: 16 gündən sonra satdı

04.12.2024

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sentyabrın 17-də "Özsüt Next" MMC-ni dövlət qeydiyyatına alıb.

Axar.az xəbər verir ki, yeni şirkət Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, ev 185, mənzil 11/3 ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 1,1 milyon manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Ucar Mehmet Baki olub.

Oktyabrın 3-də isə şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 42a, mənzil 194, qanuni təmsilçisi isə Renat Tofiq oğlu Əzməmmədov olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью