Türkiyə vətəndaşı Ermənistanla sərhəddə itkin düşdü FOTO | Icma.az
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə-Ermənistan sərhədinin İğdır bölgəsində 28 yaşlı İsmayıl Adır itkin düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “YeniBirlik” nəşri məlumat yayıb.
“Ermənistanla sərhəddə yerləşən Bayraqtutan kəndi yaxınlığında dostları ilə birlikdə balıq tutmağa gedən 28 yaşlı İsmayıl Adır ayağının sürüşməsi nəticəsində Araz çayına düşüb.
Güclü axınla sürüklənərək gözdən itən gəncin tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.
Məlumat daxil olduqdan sonra hadisə yerinə təcili tibbi yardım briqadaları ilə yanaşı jandarma və AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi) əməkdaşları cəlb olunub.
Hadisənin ciddiliyi nəzərə alınaraq sualtı axtarış-xilasetmə qrupları və peşəkar dalğıclar da əməliyyata qoşulublar”, – nəşr qeyd edib.
Safura Bənnayeva Globalinfo.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu