Türkiyə vətəndaşı təhdid olundu FOTO

27.01.2026

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Departamentinin Batumi Polis İdarəsinin əməkdaşları Türkiyə Respublikası vətəndaşları olan İ.B. (2006-cı il təvəllüdlü), S.P. (2004-cü il təvəllüdlü) və K.G.-ni (2002-ci il təvəllüdlü) məcburetmə, zorakılıq və sənədlərin qanunsuz mənimsənilməsi ittihamları ilə həbs ediblər.

İstintaq zamanı məlum olub ki, Batumidə təqsirləndirilən şəxslər Türkiyə Respublikası vətəndaşından (2007-ci il təvəllüdlü) dələduzluq yolu ilə mobil telefon və şəxsiyyət vəsiqəsi alıblar. Onlar qurbanı döyərək və öldürməklə hədələyərək, onun evdən çıxmasını məhdudlaşdıraraq, öz adlarına bank hesabı açmağa məcbur ediblər.

Mümkün cinayət barədə məlumat aldıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları müvafiq kompleks tədbirlər görüb və hər üçünü şübhəli şəxs qismində həbs ediblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 150, 126 və 363-cü maddələri ilə davam etdirilir.

İlham

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью