Türkiyə vətəndaşının yük maşını Şabranda yandı

30.12.2024

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şabran rayonu ərazisində yük maşını yanıb.

Milli.Az bildirir ki, hadisə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödlənişli magistral yolun 137-ci km-in Şabran rayonunun Rəhimli kəndi ərazisindən keçən hissəsində baş verib.

Bildirilir ki, 1987-ci il təvəllüdlü Türkiyə vətəndaşı Faruk Dinçə məxsus olan "VOLVO" markalı yük avtomobili qoşqusu ilə birlikdə yanıb.

Əraziyə Şabran rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.

Yanğın nəticəsində yük avtomobili tamamilə yanıb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью