Türkiyə xaricə aparılan 7 minə yaxın tarixi əsəri ələ keçirdi

21.10.2026

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Türkiyənin Ədirnəşəhərinin İpsala və Qapıqüllə gömrük keçid məntəqələrində həyata keçirilən iki ayrı əməliyyat zamanı Türkiyədən qanunsuz yolla xaricə aparılmaq istənən 7 minə yaxın tarixi əsər ələ keçirilib.

Kulis.az xəbər verir ki, Yunanıstana gedən yük maşınlarında aparılan axtarışlar zamanı gizlədilmiş sikkələr, ox ucları, üzüklər və müxtəlif qədim aksessuarlar aşkar olunub.

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy əməliyyatla bağlı açıqlama verərək, mədəni irsin ölkə sərhədləri daxilində qorunmasının vacibliyini vurğulayıb və Ticarət Nazirliyi ilə Gömrük Mühafizə dəstələrinə təşəkkür edib.

Qeyd edək ki, ələ keçirilən bütün tarixi eksponatlar müsadirə edilib, hadisələrlə bağlı baş prokurorluq tərəfindən məhkəmə-istintaq tədbirlərinə başlanılıb.

"Sərgüzəşti-vəziri-xani-Lənkəran" İrəvan Teatrının səhnəsində - Uğurlar və çatışmazlıqlar nə idi? İncəsənət Gimnaziyasının binası təmirdən sonra istifadəyə verildi Məşhur rejissordan yeni layihə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью