Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Ərakçi ilə görüşüb

30.01.2026

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda İranın xarici işlər naziri Abbas Ərakçi ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Türkiyə XİN məlumat verib.

Ərakçinin bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla da görüşəcəyi bildirilir.

Hava limanında rəsmilər tərəfindən qarşılanan Ərakçi İran dövlət televiziyasına verdiyi müsahibədə: "İran və Türkiyə iki böyük qonşu ölkədir və həmişə siyasi, iqtisadi və mədəni məsələlərlə yanaşı, regional məsələlərdə də sıx məsləhətləşmələr aparıblar. Bölgədə ciddi çətinliklər var, ABŞ və digərlərinin ifadə etdiyi məqsədlər Türkiyə ilə daha sıx məsləhətləşmələri zəruri edir", - deyə qeyd edib.

Ərakçi regional çətinliklərin həlli üçün Türkiyə rəsmiləri ilə fikir mübadiləsi aparacaqlarını bildirib.

Avropa Birliyinin (AB) İran İnqilab Keşikçiləri Korpusunu "terror təşkilatı" kimi tanımaq qərarına toxunan Ərakçi: "Onların İnqilab Keşikçilərinə qarşı hərəkətləri strateji bir səhvdir. Avropalılar tezliklə səhvlərini anlayacaqlar", - deyib.

Ərakçinin səfəri ABŞ ilə İran arasında gərginliyin yenidən artdığı və Vaşinqtonun Tehrana qarşı hərbi gücünü artırdığı bir vaxta təsadüf edir.

Bu arada, Prezident Ərdoğan İranın xarici işlər naziri Abbas Ərakçi ilə görüşməzdən əvvəl İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb. Zəng zamanı Prezident Ərdoğan Türkiyənin İran və ABŞ arasında gərginliyin azaldılması və problemlərin həlli üçün vasitəçilik rolunu oynamağa hazır olduğunu vurğulayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью