Türkiyə Xəzərə çatdı, Turan yaranır: qəbuledilməzdir Rus ekspert

21.01.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türk qövsünün tamamlanması, Türkiyənin Xəzər dənizinə çatması və vahid türk birliyi yaratması qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Mixail Aleksandrov erməni mediasına müsahibəsində deyib.

“Rusiyada bir çox insan bütün bunları başa düşmür”, - o bildirib.

Aleksandrov qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar Rusiyanın əl-qolunu bağlayıb:

“Ukraynadakı münaqişə başa çatdıqdan sonra Moskvanın diqqəti Cənubi Qafqaza yönələcək”.

O, həmçinin Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi bazaların əhəmiyyətinə baxmayaraq, Ermənistandakı bazanın daha vacib olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью